Deputatımız Cennifer Lopez haqda yazdı: “Bir mahnısı…”
06.03.2020 09:16Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Youtube” sosial şəbəkəsində Azərbaycanın xalq və digər mahnılarının baxış sayı baxımından az dinlənilməsindən şikayətlənib.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın məlumatına görə, deputat qeyd edib ki, vaxtaşırı “Youtube”da Azərbaycanın adı tarixə düşmüş müğənnilərinin ifasını dinləyir, hansısa bir xalq mahnısını ayrı-ayrı ifaçıların ifasında qulaq asır:
“Təəssüf edirəm ki, bir qrup xanəndə və müğənnilərimizin ifasını çıxmaq şərti ilə bir çox mahnılarımızın ( o cümlədən xalq manılarımız da ) baxılma rəqəmi bir neçə mini keçmir. Müqayisə üçün ABŞ müğənnisi Cenifer Lopesin bir mahnısı 1 milyard dəfə izlənilib. 60 milyon nəfərlik sayı, on milyonlarla ziyalısı, yüz minlərlə tələbəsi olan bir xalqın mahnılarının çox az sayda izlənməsi heç də müsbət nəticə sayıla bilməz”.
“Mədəniyyətimizi ilk növbədə dəstəkləməklə tanıda bilərik”, – deyə A.Mirzəzadə əlavə edib.

