Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Diş məcunu qablaşdırmalarının sirri – ARAŞDIRMA

06.03.2020 09:16

Diş məcunu qablaşdırmalarının aşağı hissəsində ayrı-ayrı rənglər olur. Bəs həmin rənglərin məcun haqqında nə deyir?

Об этом сообщает Роспрес

A24.Az bunu sizin üçün araşdırdı:

Adətən kremlərdə, şampunlarda və diş məcunlarında yaşıl, qırmızı, yaxud qara rənglərdə kubşəkkilli işarələr olur. Bu işarələrin hər biri məhsulun tərkibi ilə bağlı məlumat verir. Bu işarələrdən tünd rəngli olanlar, xüsusilə qara rəng məhsulun tərkibinin tamamilə kimyəvi maddələrdən hazırlandığını göstərir. Əslində hər nəsnə kimyəvi maddələrin birləşməsindən yaranır. Yəni, burada sözügedən kimyəvi maddənin sintetik tərkibli olduğunu bilmək lazımdır. Kimyəvi maddələr arasında aromatik aminlər, parafinlər, dlikonlar, neft, flatatlar, peg, triclosan, sodium laural sulfat və formaldehid maddələr var.

Qırmızı rəng məhsulun 70 % kimyəvi tərkibli olduğunu, yaşıl rəng isə 100 % təbii, bitkisəl maddələrdən hazırlandığını göstərir.

Amma, təbii ki, dibçəkdə yetişən gülü məcun, krem qabına qoyduqda, o başqa maddəyə çevrilmir. Yəni, 100 % təbii hesab etdiyimiz məhsulların da tərkibində kimyəvi qatqılar var. Amma digərlərindən daha az olduğu düşünülür.