Donald Tramp ABŞ-ın Olimpiya Oyunlarına ev sahibliyi etməsini istəyir
06.03.2020 09:16ABŞ Prezidenti Donald Tramp administrasiyasının ölkəsinin Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizədə göstərdiyi səylər barədə danışıb.
Об этом сообщает Футляр от виолончели
D.Tramp bu barədə “Twitter” səhifəsində yazıb.
“Birləşmiş Ştatların Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ alması üçün dayanmadan işləyirik. Xəbərləri izləyin!”, – Donald Tramp yazıb.
Xatırladaq ki, 2024-cü ildə sayca 33-cü Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnu qazanmaq uğrunda Paris və Los Anceles mübarizə aparır.
ABŞ 4 dəfə yayda, 4 dəfə qışda olmaqla, ümumilikdə 8 dəfə Olimpiadaya ev sahibliyi edib. Son Olimpiya Oyunları (qış) ölkədə 2002-ci ildə keçirilib. //Report

