Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Donald Trampın vergi haqqında məlumatları mediaya sızdırıldı – Sən demə o…

06.03.2020 09:16

ABŞ Prezidenti Donald Trampın seçki kampaniyası ərzində açıqlamağı rədd etdiyi vergi məlumatlarından bir hissəsi ABŞ mediasına sızdırılıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici KİV-ə istinadən xəbər verir ki,  MSNBC kanalında “The Rachel Maddow Show” proqramında yayımlanan məlumatlar Ağ Evin sözçüsü Sean Spicer tərəfindən də təsdiqlənib.

Trampın 2005-ci ilə aid iki səhifəlik vergi ödəmə məlumatlarında qazancının 150 milyon dollar olduğu və buna qarşılıq 5.3 milyon dollar federal gəlir vergisi və alternativ minimum vergi (AMT) kimi tanınan əlavə vergi kimi  31 milyon dollar ödədiyi bildirilib. AMT təxminən 50 il əvvəl zənginlərin vergi ödəməkdən yayınmaq üçün endirimlərdən və qanuni boşluqlardan istifadə etmələrinin qarşısını almaq üçün yaradılıb.

Mütəxəssislər Trampın 150 milyon dollar gəlir qarşılığında ödədiyi verginin  orta amerikalının ödəyəcəyi rəqəmdən  24 faiz çox, yüksək gəlirli insanların ödəyəcəyi  rəqəmdən 27.4 faiz daha az olduğunu açıqlayıb.

Ağ Evin sözçüsü sənədlərin qeyri-qanuni yollarla əldə edildiyini müdafiə edərək qeyd edib ki,  sənədlər yenə də Trampın dünyada ən uğurlu iş adamlarından bir olduğuna,  şirkətinə, ailəsinə və əməkdaşlarına qarşı məsuliyyətli olaraq lazım olan vergi ödəməsinə sübutdur.