Dövlət komitəsi: “İnteraz Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub”
06.03.2020 09:16Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzeyev Milli Məclisin deputatı Fazil Mustafanın İnteraz Televiziyası ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.
A24.Az xəbər verir ki, komitə İnteraz Televiziyasının fəaliyyətində nöqsanlar aşkar edib.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələrinin, o cümlədən ölkə ərazisində yayımlanan televiziyaların mütəmadi monitorinqini aparır. Monitorinqlərin nəticələri təhlil olunur və ona uyğun tədbirlər görülür. İndiyədək aparılmış monitorinqlər zamanı İnteraz Televiziyasında ölkədəki dini duruma mənfi təsir göstərə biləcək məqamlar aşkar olunub və bu barədə həmin televiziyaya Dövlət Komitəsinin mövqeyi bildirilib. Ümumiyyətlə, bu kimi məsələləri Dövlət Komitəsi həmişə diqqət mərkəzində saxlayır, hüquq və səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görür”.
Об этом сообщает Руспрес

