Dövlət qurumunun tualetində sabun qalmaqalı – AKSİYA BAŞLADILDI
06.03.2020 09:16Azərbaycanlı tələbələr sosial mediada yeni bir aksiya başladıblar.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, gənclər Mirzə Fətəli Axundov adına Milli Kitabxananın tualetində sabunun olmamasından şikayətçidirlər:
“Milli Kitabxanananın tualetində sabun olmur, baxmayaraq ki, kitabxananın internet səhifəsində belə yazılır:
“M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, …. Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir”.
Faktla bağlı Mərkəzi kitabxananın məsul işçilərindən Əminə Cəfərova ilə əlaqə saxladıq. Xanım Cəfərova bildirdi ki, kitabxanada yuyucu vasitələrdən istifadə edilməməsindən söhbət gedə bilməz:
“Biz deyə bilmərik ki, ayaqyoluna sabun qoyulmur. Çünki boşalan kimi xidmətçi personal onu doldurur. Ola bilər ki, müəyyən fasilə yaranıb, ancaq bizim ayaqyolunda hətta əlqurudanımız belə var”.
İlhamə Sultan

