Dünya bu müsəlmandan danışır
06.03.2020 09:16Bütün dünya Mançesterdə terror aktı zamanı çəkilən bir fotoşəkildən danışır.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Mançester Arenada 22 nəfərin ölümünə səbəb olan terror hadisəsindən sonra vəfat edənlərin yad olunduğu mərasimdə Tunis əsilli ingilis müsəlman Sadiq Patelin yəhudi bir qadına təsəlli verdiyi fotoşəkil dünyada ən çox danışılan kadrlar olub.
İŞİD terror təşkilatına məxsus olduğu iddia edilən terrorçunun həyata keçirdiyi hadisədən sonra Avropa bir daha müsəlmanları terrorçuluqda ittiham etməyə başlayıb. Lakin həmin kadrlar bu ittihamlara ən gözəl cavab olub.
İngilis qəzetinin birlik rəmzi kimi təqdim etdiyi bu fotoşəkildə Patel yəhudi Raşel Bləkin yanına gələrək əvvəl terror hadisəsində ölənlər üçün, sonra isə gözyaşları içindəki qadına təsəlli verərək qoluna girir, onu gedəcəyi yerə qədər ötürür.

