Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünya hotelləri taxtabitilərlə mübarizədə acizdir – Xarici gedərkən bunları edin

06.03.2020 09:16

Britaniyanın “The Telegraph” qəzeti yazır ki, çirkli pal-paltarın yataq otaqlarında saxlanması yataq həşəratlarının artmasına və yayılmasına şərait yaradır.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki,  son illərdə qansoran gecə həşəratlarının çoxalmasına ucuz hotellərin populyarlaşması səbəb olub. Bu hotellər vasitəsilə qorxulu həşəratlar ölkələr arasında yayılır.

Parazitlər hotel sahibləri üçün böyük baş ağrısıdır, çünki onları adamları dişləyənədək görmək mümkün olmur.

Lakin Sheffield Universitetinin apardığı yeni elmi araşdırmadan məlum olub ki, ziyanlı həşəratlar çirkli pal-paltar və yataq ləvazimatı vasitəsilə yayılır.

Universitetin Heyvan və Bitki Elmləri departamentinin professoru William Hentley məsləhət görür ki, çirkli pal-paltarın yataq yerlərində saxlanmasına yol verilməmilidir.

Professor deyir ki, yataq həşəratları xüsusilə də böyük şəhərlərdəki hotellərin bəlasına çevrilib.

Alim bildirir ki, bu həşəratlar otağa daraşdıqdan sonra onları məhv etmək son dərəcə çətin olur.

“Bizim təcrübəmiz göstərib ki, hotellərdə yaşayan şəxslərin çirkli paltarlarını bağlı sellofan torbalarda saxlaması onların parazitləri evlərinə aparması şansını azalda bilər” – deyib doktor Hentley.

Scientific Reports jurnalında dərc edilmiş məqalədə deyilir ki, elmi eksperiment zamanı iki eyni tepmeraturlu və həşəratlı otaqda dörd palrat zənbili qoyulub.

Zənbillərdən ikisində təmiz, digər ikisində isə çirkli paltarlar var idi. Hər iki otağa insan nəfəsinin imitasiyası üçün karbon qazı buraxılıb.

İnsanın olmadığı şəraitdə həşəratlar çirkli paltar olan zənbillərdə ikiqat sürətlə çoxalıb.

Təcrübə göstərib ki, həşəratlar insanın təri hopmuş pal-paltara cəlb olunurlar.

Taxtabitilərdən necə qorunmalı?

Professor Hentley deyir ki, yataq həşəratları hamar və cilalı səthlər üzərində yeriyə bilmirlər və buna görə də səfər və səyahətlər zamanı hotellərdə qalarkən çamadanları nikelli metal relslərin üzərində yerləşdirmək lazımdır. Bu olmadıqda paltarları boyuk plastik torbalarda saxlamaq daha təhlükəsizdir.

“The Telegraph” yazır ki, adi taxtabiti (Cimex lectularius) 1980-1990-cı illərdə azalsa da, son bir neçə il ərzində Britaniyada iki dəfə artıb.

Taxtabiti qan sormazdan əvəl yastı və açıq qəhvəyi rəngdə olsa da, qanla yemləndikdən sonra girdələşir və tündləşir.

Taxtabitilər heç bir qidalanmasız altı ay yaşaya bilir. Onlar ümumən təhlükəli olmasalar da, adamları dişləyərkən dəhşətli narahatlıq törədirlər.

Otaqda taxtabitinin olmasının göstəricisi insanın dərisində qırmızı nöqtələrin peyda olmasıdır.

Yataq həşəratları uça və atıla bilməsələr də, uzun məsafələrə sürünə və dırmana bilirlər.

Taxtabitilərin mövcudluğunun daha bir göstəricisi onların döşəkağlarında qalan ağ yumurtalarıdır.

Bundan başqa yatağınızda qan ləkəsi varsa, deməli siz yatarkən qansoran həşəratı əzmisiniz. (BBC)