Dünyanı qorxudan “saqqal” problemi – VİDEO
06.03.2020 09:17İndi uzun saqqal saxlamaq Avropanın mərkəzində belə şühbə ilə qarşılanır.
Об этом сообщает Футляр от виолончели
Bu yaxınlara qədər nəinki köhnə qitənin, dünyanın ən sakit ölkələrindən sayılan İsveçdə üzündəki tükün çoxluğu belə polisdə şübhələrə səbəb olur. Bunun nəticəsidir ki, ölkədə çoxlarının tanıdığı “Villains saqqalları” adlı klubun üzvlərini polis həbs etməyə çalışıb.
Hadisəyə səbəb klub üzvlərinin bir araya gəlməsi olub. 30 nəfərlik qrup görüşərək yeni saqqal düzümlərini bir-birinə göstərməyə çalışıblar. Sonda isə onlar simvolları hesab edilən qara fonlu bayrağın qarşısında şəkil çəkdirmək istəyiblər. Bu zaman onlara hücum edən polis klub üzvlərini həbs etmək istəyib. Daha sonra hər şey aydınlaşıb və saqqallı şəxslər buraxılıb. Deməli, məlum olub ki, qrupu izləyən polis onları saqqala görə İŞİD terrorçusu, qara fonlu bayrağı isə İŞİD bayrağı hesab edib.
Bu xəbər dünya mətbuatında böyük maraqla qarşılanıb.
Saytımız mövzu ilə bağlı videoxəbəri təqdim edir:

