Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünyanın ən tanınmış simalarının idman hobbiləri

06.03.2020 09:17

Dünyanın tanıdığı və hərəkətləri ilə yaşamımızı dəyişən şəxslərin yaşam tərzləri həmişə maraq dairəsində olub.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, öz sahəsində lider olaraq göstərilən şəxslər asudə vaxtlarında əsasən aşağıdakı işlərlə məşğul olurlar:

Mark Zuckerberg

Mark şəxsi məşqisi ilə birlikdə idmanla məşğul olur: “Formada qalmaq çox önəmlidir. Fit olduğunuz zaman daha çox enerjiniz olur. Həftədə ən az 3 gün idmanla məşğul oluram. Səhərlər yuxudan oyanarkən öncə idman edirəm”.

Barak Obama

Qaçış, ağır atletika, basketbol oynayır, velosiped sürür və uzun məsafələrə yürüş edir: “Sağlamlığınız yaxşı olsa, özünüzlə məşğul ola, idman edə bilərsiniz”.

Vladimir Putin

Cüdo, atsürmə, üzgüçülük və qaydasız döyüşlə məşğul olur: “Sağlam həyatın son dərəcədə önəmli olduğunu düşünürəm. İnsanlar idmanla məşğul olmalıdırlar. Sağlam həyat, idman və fitness dəbdə olmalıdır”.

Ellen DeGeneres

Yoqa və meditasiya ilə məşğul olur. ABŞ-lı aktrisa və aparıcı idman fəaliyyəti haqqında bunları deyib: “Çətindir, ancaq idmanla məşğul olmaq üçün özünüzə zaman ayırmalısınız. Özünüzlə məşğul ola bilsəniz, işinizə də yetərli diqqət ayıra biləcəksiniz”.

Mişel Obama

Velosiped sürür, ip atlayır, squat, kikboks, pilates və ağırlıqqaldırma ilə məşğul olur: “İdman mənim üçün çox önəmlidir. Gərgin və ya stresli olduğum zaman “İpad”-imdə musiqini açır və idman salonuna yollanıram”.

Donald Trump

Asudə vaxtlarında açıq havada gəzməyi, tennis və qolfla məşğul olmağı sevir: “Bütün idman növlərini sınaqdan keçirmişəm. Hələ də qolf oynayıram və bu növdə çox iddialıyam. Formada qalmaq çox önəmlidir”.

İlhamə Sultan

Новости

Теги