Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Əhali banklara axışır – Dollar var, amma manat satılmır

06.03.2020 09:17

Dünənki hərracda dollar tamam satılmayıb. Səbəblər sırasında tələbatın azlığını önə çəksələr də ancaq o da məlumdur ki, banklarda manat qıtlığı da var.
A24.Az xəbər verir ki, dünənki hərracda cəmi 34 milyon 550 min dollar satılıb.
Belə ki, oxucularımızdan bir neçəsi redaksiyaya zəng vuraraq dollar satmaq üçün banka getdiklərini lakin manat yoxdur, deyə bankın mübadilə etmədiyini bildirmişdilər. Məsələn, müdabilə prosesində aktiv banklardan olan Amrahbank da manat yoxdur sözləri ilə alıcıya xidmət göstərməyib.
Qeyd edək ki, Mərkəzi Bankın manat üzrə məcburi ehtiyatlara tələbi yüksəltməsi və depozit hərraclarında aktivliyin artması manatın sterilizasiyasını gücləndirib. Təsadüfi deyil ki, Mərkəzi Bank manatla olan notlarını da dünən tam sata bilməyib. Buna görə də  valyuta hərracına çıxarılan dollar kütləsinin tam satılmamasını şərtləndirən amillərdən biri də odur ki, banklar dollar almağa manat tapmırlar.//fins.az

Об этом сообщает Футляр от виолончели