Ərdoğan Roma Papası ilə görüşdü
06.03.2020 09:17Türkiyə prezidenti Ərdoğan katoliklərin ruhani lideri Papa Fransisk ilə telefonda Qüds məsələsini danışıb.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı Qüdsün statusunun qorunması və bu məsələdə səhv addım atmamağın son dərəcə vacib olduğu vurğulanıb.
Ərdoğan və Papa Fransisk ABŞ-ın atdığı yanlış addıma qarşı hazırlanan qanun layihəsinin BMT-nin 21 dekabrda keçirdiyi iclasında 128 ölkənin səsverməsi ilə Trampın qərarının qəbul edilmədiyinin məmnunverici olduğunu bildiriblər.
Üç səmavi din üçün müqəddəs olan Qüdsün statusunun qorunması üçün ortaq səy göstərməyin əhəmiyyətindən danışan Ərdoğan və Papa ikili münasibətləri və beynəlxalq mövzuları üz-üzə müzakirə etmək üçün qarşıdakı aylarda görüşməklə bağlı razılığa gəliblər.
Firuzə Alimova / A24.az

