Ərəb dünyasını silkələyən Qətər böhranı bitdi: ABŞ-dan 12 milyard dollarlıq silah alacaq
06.03.2020 09:17Qətərin Müdafiə Nazirliyi F-15 döyüş təyyarələrinin alınması üçün ABŞ ilə müqavilə imzalandığını bildirib.
Об этом сообщает Роспрес
A24.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Pentaqonun rəhbəri Ceyms Mettis və Qətər nümayəndələri çərşənbə günü bu müqaviləni imzalamaq üçün görüşməli idilər. “Bloomberg” agentliyi öz növbəsində əlavə edir ki, müqaviləyə 36 təyyarə daxildir.
Qeyd edək ki, ötən ilin noyabr ayının 18-də məlum oldu ki, ABŞ Qətərə 21,1 milyard dollar dəyərində 72 ədəd F-15QA qırıcısı və müxtəlif avadanlıq və silah satacaq.
“McDonnel Douglas F-15 Eagle” – 1970-ci ildə “McDonnell Douglas” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil Amerikanın taktiki qırıcı təyyarəsidir. Bu təyyarədən cəmi təxminən 1200 ədəd müxtəlif modifikasiyalı istehsal edilib.
Baş verən son hadisələr ABŞ-ın Yaxın Şərq ölkələrinə silah verib bir-birilə qarşı-qarşıya qoymaq istəməsi kimi şərh olunur.

