“Ermənistan ümid edir ki, KTMT-nin “silah”ını Azərbaycana tərəf döndərə biləcək” – Hərbi ekspert
06.03.2020 09:18“Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Yuriy Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi oldu. Ermənistan bir neçə il idi ki, KTMT-nin baş katibi vəzifəsində öz adamını görmək istəyirdi. Buna nail oldu”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli KTMT-ya erməni generalın baş katib təyinatı ilə bağlı məsələləri şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Ermənistan ümidlidir ki, Xaçaturovun təyinatı ilə KTMT-nin “silah”ını Azərbaycana tərəf döndərə biləcək:
“Əlbəttə bunu zaman göstərər. Lakin görünən odur ki, daxilində ciddi narazılıqların olduğu KTMT-nın belə məsələlərdə vahid mövqe nümayiş etdirməsi bu gün üçün mümkün deyil. Xaçaturovun isə KTMT-dən istifadə edərək Azərbaycana qarşı hər hansı təzyiq edəcəyi də mümkünsüzdür. Səbəb, KTMT-də qərarların kollegial şəkildə verilməsidir. Qazaxıstan və Belarusun Azərbaycana qarşı elə bir xəyanətə əl atacağı və ya buna imkan verəcəyi isə inandırıcı görünmür. Biz bunu 2016-cı ilin aprel döyüşləri zamanı gördük”.
Hərbi-siyasi icmalçı vurğulayır ki, KTMT-nın Rusiya istisna olunmaqla (Rəsmi Moskva atəşin dayandırılmasını tələb edirdi) digər üzv ölkələr Azərbaycanın mövqeyini dəstəklədilər:
“Hətta Ermənistan prezidenti Serj Sarkisyan buna ciddi etiraz edərək, müttəfiqlərinin onları satdığına işarə də vurmuşdu. Hələlik isə ermənilər sevinir və bunu diplomatik uğur hesab edirlər. Xaçaturovun Ermənistan Ordusunda Rusiyanın əsas adamı olduğu isə heç kimə sirr deyil. Demək, Rusiya yalnız “toplananların yerini” dəyişib, cəm isə öz yerində qalır”, – deyə R.Məmmədli əlavə edib.

