Ermənistanın Müdafiə Nazirliyi yarış yolu ilə əsgər toplayır
06.03.2020 09:18Ermənistanın Müdafiə Nazirliyi rabitə və yüksək texnologiya sahəsi üzrə ixtisaslaşmış əsgər tapmaq üçün yarış elan edib.
Об этом сообщает Роспрес
Saytımızın erməni mediasından əldə etdiyi məlumata görə, yarış Ermənistanın müdafiə sistemində texniki problemləri həll etmək, bu problemlərin məhsuldar istifadəsi və səfərbərlik dövründə əsgərlərin peşə qabiliyyətlərini daha ciddi bir şəkildə istifadə edə bilmələri məqsədi ilə təşkil olunur.
Müsabiqəyə 2017-ci ilin yay aylarında əsgəri xidmətə alınacaq rabitə və yüksək texnologiyalar sahəsində dərin biliyə sahib olan və lazımi problemlərin öhdəsindən gəlmək üçün təcrübi qabiliyyətləri olan gənclər iştirak edə bilər.
“Hi-Tech” kiber təhlükəsizlik mərkəzi ilə birlikdə təşkil olunan müsabiqədə iştirak etmək üçün proqramlaşdırma, şəbəkə, kiber təhlükəsizliyi bilmək lazımdır.
Firuzə Alimova

