Ətin qiyməti yay qurtaran kimi qalxacaq! – Ekspertdən ŞOK AÇIQLAMA
06.03.2020 09:18Son zamanlar ətin qiymətində bahalaşma müşahidə olunur. Belə ki, 2 ay bundan əvvəl 9-10 manata ala bildiyimiz mal ətini indi 11 manat 50 qəpiyə, qoyun ətini 12-13 manata, quzu ətini 14 manata almaq təklif edilir.
Об этом сообщает Футляр от виолончели
Bəzi iddialara görə, ətin bahalaşmasını mövsümlə əlaqədar olaraq Azərbaycana səfər edən zəngin ərəb şeyxləri ilə əlaqələndirirlər. Ərəb şeyxləri Azərbaycanda yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Bunu əsas gətirib ətin qiyimətini bahalaşdıran bəzi işbazlar isə imkanı çatmayan əhalinin ət yemək istəyini bir daha ürəyində qoyub.
Ətin bahalaşmasında turist faktorunun bəhanə olduğunu deyən Cəfərli “A24.az”a açıqlamasında bildirdi ki, hələ payız-qış aylarında da qiymətlərdə artımın olacaq:
“Ətin bahalaşmasına ərəb turistlərin səbəb olduğunu düşünmürəm. Azərbaycana o qədər çoxlu sayda turist gəlmir ki, birdən-birə qiymətlərə bu qədər təsir göstərsin. Ona qalsa, gərək Gürcüstanda ətin və ya digər ərzaqların qiyməti 2-3 dəfə qalxsın. Çünki Gürcüstan əhalisindən çox turist qəbul edir. Özü də həmin ərəfədə iranlı turistlər Azərbaycandan daha çox Gürcüstana səfər ediblər. Rəsmi rəqəmlər də bunu sübut edir ki, ərəb ölkələrindən Gürcüstana gələn turistlərin sayı Azərbaycana gələn turist sayından 7 dəfə çox olub. Bundan bəhanə kimi isifadə edə bilərlər, amma bunun birbaşa qiymətlərə təsiri yoxdur”.
“Qiymətlərə təsir edən daha ciddi məsələlər var”, deyən iqtisadçı eksper sözügedən amilləri bu cür izah edib:
“Təsir edən əsas məsələ yemin qiymətinin qalxmasıdır. Getdikcə bu problem dərinləşəcək və Yeni İlə qədər ətin qiymətində ciddi artım olma ehtimalı var. Yemin qiymətinin qalxmasına səbəb ənənəvi öyrüş yerlərində, yem bazası olan rayonlarda pambığın əkilməsinə start verilməsi idi. Bu kimi texniki bitkilərin, əsasən də pambığın əkilməsi yemin qiymətində xeyli dərəcədə artıma səbəb oldu. Buna görə də çox güman noyabr-dekabr ayında, yəni Yeni İllə bağlı ətin qiymətində 10-15 faiz artım olması ehtimalı var. Sadəcə kimsə quzu ətinin qiymətini turistlə əlaqələndirib bahalaşdırırsa, o bahənədən baş bir şey deyil”.
Firuzə Alimova / A24.az

