Evinə qonaq gələn qohumunu öldürüb yedi – Şok cinayət
06.03.2020 09:18Tatarıstanın Aksubayev rayonunda dəhşətli cinayət baş verib.
Об этом сообщает Футляр от виолончели
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 40 yaşlı rayon sakini evinə qonaq gələn 53 yaşlı qohumunu öldürüb və daha sonra onu yeyib.
53 yaşlı kişinin itkin düşməsi ilə bağlı polisə onun ailə üzvləri xəbər verib. Aparılan axtarışlar zamanı rayon sakininin evindən qohumunun qalıqları tapılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, 40 yaşlı kişi psixi xəstəlikdən əziyyət çəkir. Faktla bağlı cinayət işi başlanıb.

