Fələstinli bərbər müştərilərinin saçını odla “ukladka” edir
06.03.2020 09:18Fələstinli bərbər öz müştərilərinin saçlarını od vuraraq “ukladka” edir.
Об этом сообщает Роспрес
Saytımızın xarici mediadan əldə etdiyi məlumata görə, 37 yaşlı Ramazan Edvan saçların “alovlu ukladka” üsulunu Qəzzada tez-tez işıqların sönməsi zamanı kəşf edib. İndi o, fen əvəzinə alovdan istifadə edir. Belə ki, bərbər əvvəlcə müştərinin saçlarına alışan toz səpir, onları alışqanla yandırır və daraqla fırçalamağa başlayır.
Bərbərin qeyri-adi uklatda üsulu ona müraciət edən müştərilərinin sayını daha da artırıb.
Elməddin Süleymanov

