Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Göygöldə ağır yol qəzası: Ölən və yaralananlar var

06.03.2020 09:18

 Göygöldə iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, qəza zamanı xəsarət almış yaralılardan biri – 1993-cü il təvəllüdlü Elxan İntizam oğlu Nəbiyev xəstəxanada dünyasını dəyişib.

Digər yaralılar – 1986-cı il təvəllüdlü Asim Xıdırov və onun həyat yoldaşı – 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, onların az yaşlı övladları, habelə sürücünün qardaşı – 1978-ci il təvəllüdlü Əziz Xıdırov, eləcə də digər avtomobildə olan Feyman Mirzəyev və 1965-ci il təvəllüdlü İsmail Əmirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

A24.Az “Report”a istinadən xəbər verir ki, yaralılardan biri, 1993-cü il təvəllüdlü Göygöl rayon Şəhriyar kənd sakini Nəbiyev Elxan İntizam oğlu Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.