Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Günə 250 kərpic kəsən qusarlı Riyanənin hekayəsi – Həyat yoldaşı Rusiyadan qayıtdıqdan sonra…

06.03.2020 09:19

Delegation of the European Union to Azerbaijanın (Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyəti) rəsmi facebook səhifəsində qusarlı bir qadın barəsində maraqlı bir yazı paylaşılıb. A24.Az xəbər verir ki, xanımın fotosunu paylaşan səhifə üzərində bunları yazıb:

Об этом сообщает Роспрес

“Düşünürük ki, bu xanım dahi Nizaminin qəhrəmanı kimi halal əməyi ilə yaşayan namuslu bir kəsdir.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Qusarda təşkil edilən usta yanında şagird hazırlığı kurslarını müvəffəqiyyətlə bitirən Riyanənin Biznes Planı layihə çərçivəsində dəstəkləndi. Maddi imkanı olmadığından iki körpə uşaq anası salonu çiy kərpicdən tikmək qərarına gəlir. Salona lazım olan avadanlıqlar isə layihə hesabına alınır.

O, günə 250 kərpic hazırlayırdı. Kərpic kəsmək üçün torpaq ələnir, yoğrulur, içinə saman qatılır və taxta qəliblərə tökülərək, günəşdə qurudulur. Həyat yoldaşı Rusiyadan qayıtdıqdan sonra birlikdə kəsdiyi kərpiclərdən xudmani bir tikili qurur və sonra Riyanə ona öz əlləri ilə suvaq çəkir.

Bu gün 28 yaşlı Riyanə artıq öz ayaqları üzərində sərbəst duran, öz halal zəhməti ilə həyatını quran Azərbaycan xanımıdır”.