Həm yanacağa qənaət edir, həm də təsərrüfat işləri görür – MİNİ TRAKTOR – VİDEO
06.03.2020 09:19Goranboy sakini müxtəlif avtomobillərin ehtiyyat hissələrindən yeni bir texnika düzəldib. Texnika əsasən həyət yanı sahələrin və istixanaların becərilməsi üçün nəzərdə tutulub.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, 53 yaşlı xanəndə təsərüffat işləri görən texnika hazırlayıb.
Goranboyun Xanqərvənd kəndində yaşayan Məhərrəm Məhərrəmov 18 günə maraqlı görnüşü olan mini traktor düzəldib. Müxtəlif avtomobillərin ehtiyyat hissələrindən ərsəyə gələn təsərrüfat maşınına min manata yaxın xərc çəkib.
Kənddə böyük marağa səbəb olan texnika əsasən həyət yanı sahələrin və istixanaların becərilməsi üçün nəzərdə tutulub. O bu kiçik traktoru əkin, ot biçini və yük daşımada istifadə edir.
Mini traktor həm də yanacağa qənaət edir. Məhərrəm Məhərrəmov hazırda mini traktorun yer qazan və yük daşımaq üçün qoşqusunu hazırlayır.
Xəzər Xəbər

