Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hər kəsin istifadə etdiyi EMOJİLƏRİN GİZLİ MƏNALARI

06.03.2020 09:19

Son dövrlər ən çox istifadə olunan emojilər artıq yeni bir dilin təməllərini atmaqdadır. Lakin istifadəçilərin hisslərini sözlərə ehtiyac duymadan ifadə etmələrinə imkan verən emojilər fərqli yerlərdə başqa mənalar verir.

Об этом сообщает Руспрес

Saytımız emojilərin gizli sirlərini təqdim edir:

Kruvasan – artıq bir ildir ki, istifadəyə verilən kruvasan emojisi daşıdığı məna ilə yanaşı, faşizmin, diktatorluğun simvolu olaraq da istifadə edilməkdədir.

Əl sallayan emoji – “Salam” və ya “Sağ ol” mənasında işlədilən bu emoji Çində sosial mediadan istifadə edənlər üçün fərqli mənalar verir. Bu simvol Çində “gülə-gülə artıq mənim dostum deyilsən” mənasını verir. Lakin Qərb mədəniyyətində bu “orta barmaq” mənasını verən işarə kimi də istifadə edilir.

Avokado – Ümumiyyətlə, bu emojinin mənası haqqında çoxlu fikirlər var. Bunlar arasında ən məşhur olanı Avokadonun “irqçi deyiləm” fikirlərin bir simvolu olmasıdır. Digər fikirlərə görə isə avokado bir insana nə qədər orta səviyyəli bir insan olduğunu demək üçün istifadə edilir.

Qorxulu kloun – Bu emoji son illər dünyada “təzyiq göstərən, dəlisov liderləri” simvolizə etmək üçün istifadə edilir.

Kök əkən kəndli qız – Bu emoji gələcəyə dair ümüdlərin simvolu olaraq istifadə edilir.

Firuzə Alimova / A24.az