Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Hirsinizi soyutmağın yolları – Siyahı

06.03.2020 09:19
Qəzəb və hirs depressiyaya səbəb olan ən mühüm amillərdən biridir. Beləliklə, qəzəb həm ruh, həm də vücud  sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Ancaq qəbul edəcəyiniz qidalar sizi sakitləşdirə və qəzəbinizin öhdəsindən tez bir zamanda gəlməyinizə kömək edə bilər.
A24.Az  sizlərə özünüzü çevik və rahat hiss etməyinizi təmin edəcək 4 əsas qidanı təqdim edir.
 1. Balqabaq tumu
 Tərkibində olan  maqnezium sayəsində əzələlərin gərilməsinin qarşısını alır və özünüzü daha da rahat hiss etmənizə kömək edir.   Gündə bir ovuc nizamlı olaraq istehlak edilən balqabaq tumu, qəzəbə nəzarət etməkdə yardımcı vasitələrdən ən birincisidir.
2. Kivi
Çirkli hava orqanizmdə  kifayət qədər toksinlərin toplanmasına səbəb olur. Vücudun bu toksinləri ifraz etməməsi sizin qəzəblənmənizə səbəb olur. Bunun üçün antioksidantlardan istifadə etmək lazımdır.
C vitaminin güclü antioksidant təsiri vardır. Kivinin  tərkibində yüksək miqdarda C vitamini var.  Beləliklə, kivi yemək gündəlik C vitamini ehtiyacının böyük bir hissəsini qarşılayır.
3. Balıq
Tərkibində yüksək miqdarda Omega 3 yağ turşuları olan balıq sinir sistemi sağlamlığı üçün çox vacib qidalardan biridir.  Aparılan araşdırmalarda Omega 3 qəbul edən şəxslərin depressiyaya düşmə riskinin daha az olması təyin edilib.
 Həftədə 2 və ya 3 dəfə balıq yemək özünüzü xoşbəxt hiss etmənizi təmin edəcək.
3. Yer fındığı
Yer fındığının tərkibində olan elementlər orqanizmdə xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifrazını artırır. Beləliklə, qəzəbə nəzarət üçün ən mühüm qida elementləri arasında yer alır.
 Mümkün olduqca duzsuz olanlarına üstünlük verilməli və ifrat dərəcədə  istehlak edilməməlidir.

Vüsalə Əlövsətqızı

Об этом сообщает Футляр от виолончели