Türkiyədə “Evet” çıxsa, milyardlarla dollar axacaq ölkəyə
06.03.2020 09:19“Fitch” Beynəlxalq Reytinq təşkilatı 16 apreldə keçiriləcək referendumun Türkiyə iqtisadiyyatına təsiri haqqında 4 ssenari olduğunu açıqlayıb.
Об этом сообщает Руспрес
Qurumun internet saytında yayımlanan videoda “Fitch”in Rusiya və Türkiyə üzrə drektoru Pol Qamble səsvermədən “evet” çıxacağı halda prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyatı ən ali prioritetə çevirəcəyini deyib.
“Türkiyənin iqtisadi islahat prosesi Ərdoğanın irsinin əsasını təşkil edir. Səsvermədən “evet” çıxacağı halda inqtisadiyyatın inkişafı ilə bağlı iki ssenari olacaq. Birinci ssenari odur ki, 2019-cu ildə keçriləcək prezident və parlament seçkilərinə qədər Ərdoğan hökumətinin iqtisadiyyatla bağlı nəzərdə tuduqlarını həyata keçirməyə kifayət qədər vaxtı olacaq.
İkinci ssenaridə isə, hökumət maliyyə siyasətinəvə balans cədvəlinə diqqət yetirərək iqtisadiyyatı canlandırma yoluna əl atacaq” deyə Pol Qamble bildirib.
Səsvermədən “hayır” çıxması ehtimalını da dəyərləndirən Qamble, bu halda da 2 ssenari üzərində işlənəcəyini deyib.
“Referendumdan az səs fərqilə “hayır” çıxacağı halda Türkiyədə erkən seçkilərin gerçəkləcəyini düşünürəm. Çox səs fərqilə “hayır” çıxması halında isə Ərdoğanın hazırkı səlahiyyətlərindən istifadə edərək iqtisadiyyatı inkişaf etdirəcək” deyə Qamble qeyd edib.

