Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Bədənləri ilə danışan insanlar: burnunu və boynunu qaşıyaraq yalan danışanlar, əlini cibinə qoyanlar

06.03.2020 09:19

Şüuraltı təfəkkürümüzün danışan şəkli bədən dilidir. Bu öyrənilməmiş davranışlar insanlara ən azı kəlimələr qədər təsir edər.

Об этом сообщает Футляр от виолончели

Bizim hər birimiz qarşımızdakı insanlarla münasibət qurarkən, bir mesaj yollayarkən 3 kanaldan istifadə edirik. Söz, səs və bədən dili…

Saytımız bədən dili ilə bağlı faydalı məlumatları təqdim edir:

SÖZ; qurduğunuz cümlələrlə bağlıdır. Qurduğunuz cümlələr isə yoldaşlarınızın çevrəsində və iş mühitində dəyişə bilər.

SƏS; vurğu, ton və tələffüzünüz ilə əlaqəlidir.

Bədən Dili: Bir çox insanın şüuraltı olaraq istifadə etmədiyi, lakin hər insanın münasibət qurarkən mütləq şəkildə istifadə etməli olduğu bir dildir.

Bədən dilini siz hiss etməsəniz də, o sizə təsir edər…

Bədən dili ən azı qurduğumuz cümlələr qədər təsirlidir. Bir insan haqda “Ondan xoşlanmıram, amma səbəbini bilmirəm” cümləsini deyirsinizsə, bunun altında dayanan həqiqət həmin insanın bədən dilidir. Siz oxuya bilməsəniz də, şüuraltı olaraq beyniniz həmin insanın bədən hərəkətləri ilə sizi ya cəlb edir, ya da itələyir.

1 – Sənə qarşı dürüst olacam…

Nəyisə sirr saxlayan, və ya yalan söyləyən bir şəxs tez-tez bu hərəkətdən istifadə edir: Yalan danışan birisi insanları özünə inandırmaq üçün ovucları yuxarı şəkildə hər iki əlini qaldırır. O bu hərəkəti ilə “bu dəfə dürüst olacam” və ya “mənə inanmalısan” mesajını vermək istəyir.

2 – Ağız qoruyucu…

Bəzi şeyləri söyləməməsi lazım olduğunu düşünən insanların ən çox istifadə etdiyi hərəkətlərdən biri əlini ağzına aparmasıdır. Şüursuz olaraq edilən bu hərəkətlə həmin insan ağlından keçən cümlələri söyləmək istəmədiyi aydın olur.

3 – Kiçik xahişim var…

“Mənim kiçik bir xahişim var” sözləri ilə başlayan cümlələrdən istifadə edən insan bu hərəkəti ilə əslində diqqətləri öz üzərinə çəkməyə çalışır. O bununla “mənim dediklərim vacibdir” mesajını vermək istəyir.

4 – Baş barmaqlar arxa cibdən çölə çıxırsa…

Özünü olduğundan daha yaxşı, daha bacarıqlı, özünəgüvənən kimi göstərmək istəyən insanların etdiyi hərəkətlərdəndir.

5 – Boyunu qaşımaq…

Şübhə və ya nədənsə əmin olmamaq mənasına gələn bu hərəkət xüsusilə yazı yazdığımız əllə ilə edilir.

6 – Köynəyin boynunu dartışdırmaq..

Yalan söyləyən insanlarla bağlı aparılan araşdırmalarada yalan söyləyənlərin üz və boyunlarında xəfifcəsinə qaşınma duyğusunun yarandığını və bunun keçməsi üçün insanların əli ilə qaşımağa başladığı bildirilir. Bu isə yalanı üzə çıxan insanlarda tez-tez rast gəlinir.

7 – Buruna toxunmaq…

İnsan mümkün olamyan nəsə bir şey haqda düşünən zaman ağlından keçənləri bir anlıq canlandıranda dərhal əlini ağzına aparmaq istəyir, lakin dolayısı yolla bunu burnuna doğru edir.

Eyni zamanda qərar vermə anlarında da insanın tez-yez burnuna toxunduğu görünür.

8 – Canın sıxılması…

Bu halda insanlar əllərini çənəsinə qoyub sadəcə məcburiyyətdən dolayı kiminsə dediklərini təsdiq edirlər.

9 – Yuxarlya doğru üçbucaq, aşağıya doğru üçbucaq…

Kimsə fikir söyləyən zaman və çıxış edən zaman yuxarıya doğru üçbucaq şəkildə əllərini birləşdirir. Aşağıya doğru uçbucaq şəklində əlini tutanlar isə daha çox dinləyənlər olur.

10 – Çənəni sığallamaq…

Adətən bu hərəkət kimdənsə hansısa mövzu haqda fikir soruşulan zaman edilir.

Firuzə Alimova…