Təhsil naziri bu şəxs təyin edilə bilər – OPERATİV VERSİYA
06.03.2020 09:19Azərbaycan prezidentinin sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri təyin edilib
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, boş qalan təhsil nazirliyinə isə bir neçə şəxsin namizədliyi ilə bağlı fikirlər səsləndirilir.
Amma əsas şəxs kimi Mikayıl Cabbarovun müavini Ceyhun Bayramovun adı çəkilir.
Ceyhun Bayramov iqtisadiyyat ixtisası ilə yanaşı hüquqşünaslıq peşəsinə də sahibdir. Vergilər nazirliyində müxtəlif vəzifələrdə çalışan Ceyhun Bayramov, 2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparat rəhbəri vəzifəsində çalışıb. Prezidentin 12 avqust 2013-cü il sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Nərmin Kərim, A24.Az

