İki nəfəri maşın vurub öldürdü – Biri qadındır
06.03.2020 09:19Şəmkir rayonunun Muxtariyyə kəndi ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. A24.Az xəbər verir ki, müəyyən edilməyən avtomobillə yolu keçən Zəyəm qəsəbə sakini Vidadi Vəliyev vurulub və o, hadisə yerində ölüb.
Об этом сообщает Роспрес
Digər piyada ölümü ilə nəticələnən ağır qəza Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib. Tovuz rayon sakini Cavad Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qax rayon sakini Fariz Əliyevi vurub. F.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

