“İlin sonuna kimi 11 bankın bağlanacağı gözlənilir” – SABİQ NAZİR DANIŞDI
06.03.2020 09:20“Valyuta bazarındakı müəammalı oyunların başında bu gün banklar durur”
Об этом сообщает Роспрес
Bu fikirləri A24.Az-a açıqlamasında sabiq maliyyə naziri Fikrət Sadıqov bankların valyuta tələbatının minimuma enməsi ilə bağlı olan məsələləri şərh edərkən deyib.
Sabiq nazir bildirir ki, bank sistemində mövcud olan problemlər bu sahənin əsaslı islahatını tələb edir:
“Əgər hər hansı bir bank yanlış fəaliyyətə görə ağır duruma düşübsə, o ya bağlanmalıdır, ya da dövlət öz vəsaitləri hesabına onu sağlamlaşdırmalıdır. İndiki halda dövlətin bu addımları atmasına ehtiyac yoxdur. Çünki illərlədir banklara ən yüksək səviyyədə çağırışlar edildi ki, dövlətin sizlərə verdiyi dəstəyin müqabilində üzünüzü iqtisadiyyata tutun! Çox təəssüf ki, bu müddət ərzində praktik olaraq əksər banklar bu yolu tutmaq istəmədi. Bunun əvəzində onlar daha sadə sxemlərlə, heç bir perspektivi olmayan ucuz qazanc yolunu tutdular”.
Fikrət Yusifov vurğulayır ki, bankların belə seçiminin acı nəticələri isə özünü çox gözlətmədi:
“Bu gün 11 bank bağlanıb, ilin sonuna qədər bu qədər də bankın (bəlkə də daha çox) bağlanacağı gözlənir. Valyuta bazarındakı müəammalı oyunların da başında bu gün banklar durur. Onlar vəziyyəti elə bir həddə gətiriblər ki, dünya bazarlarında dollar bahalaşdığı bir dönəmdə bizdə bunun əksi baş verə bilir və ya tərsinə. Odur ki, nə qədər maliyyə bazarında belə səbatsız banklar var bu bazarlarda baş verən proseslər məntiqdən və reallıqdan həmişə kənarlaşa biləcəkdir. Mən dəfələrlə mətbuata açıqlamalarımda demişəm və bir daha təkrar edirəm ki, bizim mövcud bank sistemi tamamilə yenidən qurulmalıdır. Bizə iqtisadiyyata dəstək ola biləcək banklar lazımdır”, – deyə sabiq nazir əlavə edib.
Orxan Aslanlı

