Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ruhani açıq danışdı: Səudiyyənin ABŞ-dan aldığı 100 milyardlıq silahına baxmayın, vurarıq

06.03.2020 09:20

İran prezidenti Həsən Ruhani seçkilərdən sonrakı ilk mətbuat konfransında Səudiyyə Ərəbistanında keçirilən Ərəb-İslam-ABŞ Sammiti haqda kəskin fikirlər səsləndirib.

Об этом сообщает Роспрес

O, bu sammitin siyasi səciyyə daşımadığını bildirib:

“Səudiyyə Ərəbistanda keçirilən sammit siyasi səciyyə daşımayan, göstəriş xarakterli bir tədbir idi. Sammit keçirərək millətin pulunu bir super gücə verib terror problemini həll etmək olmaz. ABŞ Səudiyyə Ərəbistanına milyardlarla dollarlıq silah satır. Amma Səudiyyə Ərəbistanı aldığı silahları istifadə etməkdə belə acizdir. Bizim isə silah almağa ehtiyacımız yoxdur. Çünki özümüz istehsal edirik”.

Silah istehsalının və ya alınmasının ölkəni güclü etmədiyini deyən Ruhani hər iki dövlətə meydan oxuyub:

“Bir ölkəni güclü edən ordu gücüdür və İran da buna sahibdir”.