Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İran Səfirliyi niyə Qüds günü keçirir, Şuşa günü yox? – Fazil Mustafadan sərt tənqid

06.03.2020 09:20
Dünən İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Qüds günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirilib. 
Fələstinin azadlığına dəstək üçün  1982-ci ildən qeyd olunan bu gün bir çox müsəlman ölkələrində qeyd olunur.
A24.Az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyində bu konfransın keçirilməsinə münasibət birmənalı olmayıb. Millət vəkili Fazil Mustafa Qüds problemini diqqətdə saxlandığı halda, Qarabağ məsələsinə qarşı sərgilənən laqeyd münasibətə etirazını bildirib:
“Mən hər bir işdə əlahəzrət məntiqi görməyə çalışan admam. Bakıdakı İran Səfirliyinin təşkilatçılığı ilə “Beynəlxalq Qüds günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirilib.

Tədbirin keçirilməsi niyyəti ilə işim yoxdur, Qüdslə bağlı problemi diqqət mərkəzinə gətirmək istəyiblər. Hər il bu adda tədbirlər keçirilir və müsəlmanların Qüds üzərindən İsraillə barışmazlığını nümayiş etdirirlər.

Об этом сообщает Руспрес

Ancaq məni düşündürən budur ki, niyə İran Səfirliyi hələ də hər ilin 8 may günündə “Beynəlxalq Şuşa günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi” adlı konfrans keçirmir? Axı bizlər də müsəlman olaraq bilmək istəyirik ki, Qarabağ məsələsində, Şuşa məsələsində İslam dünyasında işğalçılara qarşı həmrəy olanlarla işğalçılarla həmrəy olanlar kimlərdir? Niyə Qüds məsələsində işğalçılara qarşı həmrəy olmaq şərəfli bir davranış sayılır, ancaq Şuşa məsələsində işğalçılarla həmrəy olmaq şərəfsizlik sayılmır? Bu cür tədbirlərdə iştirak edənlər əgər Azərbaycan təəssübünü çəkirlərsə, Qarabağ acısını yaşayırlarsa, arada bu tədbirin təşkilatçılarına yuxarıda qeyd etdiyim sualı versələr, xəncərlərinin qaşı düşməz ki?!”