Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD başçısı Gülmurad Halimov haqda qəribə FAKT – ABŞ-da təlimlənib

06.03.2020 09:20

Deyrizorda zərərsizləşdirilən İŞİD terror təşkilatının başçısı Gülmurad Halimovun ABŞ tərəfindən təlim aldığı məlum olub.

Об этом сообщает Руспрес

Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Suriya və İraqda terror təşkilatı İŞİD-ə qarşı əməliyyatlar davam edir. Türkiyənin başlatdığı “Fırat Kalkanı” hərəkatı ilə İŞİD silahlıları Rusiya hərbi təyyarələri tərəfindən də bombalanmaqdadır.

İŞİD-in əlində ABŞ silahları var…

Bombardmanlardan qaçan terrorçuların qoyub getdiyi ərazilərdə ABŞ istehsalı olan xüsusi silah və sursatlar ələ keçirilib.

Əməliyyatlardan sonra açıqlama verən Rusiya Müdafiə Nazirliyi İŞİD-in ərazi üzrə döyüş başçısı olan Gülmurad Halimovun Deyrizorda keçirilən hava hərəkatında öldürüldüyünü bildirib.

Lakin Gülmurad Halimovun öldürülməsindən sonra ortaya bəzi detallar çıxıb.

ABŞ-da təlim keçib…

Tacikistan Prezident Aparatında və Xarici İşlər Nazirliyində mühafizədə xidmət göstərən Gülmurad 2003-2014-cü illər arasında ABŞ tərəfindən 5 fərqli proqramlar üzrə təlim keçib.

Təlimlərini tamamladıqdan sonra İŞİD terror təşkilatına qoşulan Gülmurad Halimov təşkilatın tərkibində sürətlə yüksələrək hərbi komandir vəzifəsinə qədər gəlib çıxıb.