Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İŞİD-ə qoşulan 300 azərbaycanlı İraqda öldürülüb

06.03.2020 09:20

Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşları qara təbliğata inanıb İŞİD-ə qoşulublar. İnanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, Trend-in məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.

M.Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: “Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırıq ki, bu məlumat düz və ya səhvdir”.