İsrail ordusu Suriyaya hücum etməyə səbəb tapdı – Druzlar üçün…
06.03.2020 09:20İsrail ordusunun Golan yüksəkliklərindən Suriyaya giriş planı ortaya çıxıb.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Golan yüksəkliklərinin Suriya tərəfində yerləşən Druz kəndi Hadərdə yaşanan bombalı hücumdan sonra İsrail ordusunun “kənd camaatına kömək etmək üçün” hazırlığa başladığı iddia edilir.
“The Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, İsrail ordusunun sözçüsü Ronen Manelis mövzu ilə bağlı verdiyi açıqlamada “Son bir neçə saat ərzində Druz kəndi Hadərdə qarşıdurmaların yaşandığına şahid olduq. İsrail ordusu kənd camaatına kömək etmək, kəndə vurulacaq zərərin və Druzinin əhalisinin nəzarətdən çxmasının qarşısını almaq üçün kömək etməyə hazırdır” ifadələrini işlədib.
Bu açıqlama ilə İsrailin himayəsində olan qüvvələrini Suriyaya göndərəcəyi şəklində şərh edilib.
İsrailin açıq bir şəkildə Suriyadakı daxili qarşıdurmalara müdaxilə etməklə bağlı verdiyi açıqlaması qanundan kənar hal kimi görünür.
Qeyd edək ki, Təl Əviv hökuməti indiyə qədər işğal altında tutduğu Golan yüksəkliklərində Hizbullah hücumlarını bəhanə edərək Suriyaya bir neçə dəfə hava hücumları təşkil edib.
İsrail sonuncu dəfə Humus şəhərində mis emalı zavodunu vurmuşdu. Bu hücumdan sonra Şam hökuməti BMT-ni İsraili qınamağa çağırış etmişdi.
Firuzə Alimova / A24.az

