İstanbulda İLK – Quranla cinçıxartma xəstəxanası açıldı
06.03.2020 09:20İstanbulda xidmət göstərməyə başlayan Mənəvi Şəfa Mərkəzi ilkə imza atıb. Cin xəstəxanası olaraq da tanınan mərkəzdə İslami müalicə üsulları ilə Qurani-Kərim oxunaraq cadu açılır və cin çıxarılır.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulda iki həftə bundan əvvəl Mənəvi Şəfa Mərkəzi və üzərində yazılan metafizik, bioenerji, banka qoymaq və sair vasitələrlər müalicə üsullarının yazıldığı diqqət çəkib. Türkiyənin ilk cadu və cinçıxartma üzrə müalicə mərkəzi olan yer “facebook” sosial səhifəsi vasitəsi ilə də paylaşımlar edərək müştəri cəlb edir.
Mərkəzdə 10-dan çox “metafizika mütəxəssisi” əyinlərinə ağ xalat geyinərək yazdıqları müalicə üsulları üzrə insanlara xidmət göstərirlər. Hətta işləyənlər mərkəzə Səhiyyə Nazirliyi tərəfindən icazənin verildiyini iddia edir və mütəxəssislərinin sertifikatlı həkimlər olduğunu bildirir. Ancaq Səhiyyə Nazirliyi belə bir yerin olduğundan xəbərsiz olduğunu deyir.
Mərkəzdə cin çıxartma 400 lirə…
Sosial media vasitəsiylə mərkəzə getmək istəyən müştərilərə əvvəlcə telefonla uzaqdan baxılır, daha sonra randevu verilərək mərkəzə çağırılır. Müayinə üçün mərkəzə getsəniz 100 lirə, telefonda cadu çıxartsanız 200 lirə, sıxıntınız varsa, keçiriləcək seanslar 400 lirəyə başa gələcək. Skelet sisteminizdə problem varsa onurğa düzəltmə 350, banka qoymaqla qan çıxartma 150 lirə təşkil edir. Lakin qiymət baxımından problem yaşayan müştərilərə kömək edəcəklərini sosial səhifələri üzərindən bildirirlər.
Cin çıxardılanların səsləri tükləri ürpərdir…
Mərkəzə gedildiyi zaman beşmərtəbəli binanın hər mərtəbəsinin bir xəstəlik üçün ayrılıb. Otaqlardan ikisində isə cinçıxartma prosesi aparılırdı. Hər iki otaqdan da başqa-başqa xəstələrin qışqırıq səsləri gəlirdi. Xəstələrin yaxınları isə həyəcanlı və narahat şəkildə qışqırıq səslərinin kəsilməsi üçün dua edirdi.
Cinçıxartma kimlərə tətbiq olunur…
Sabaha qədər yatmayanlar, yuxuda danışanlar, səhər yorğun oyananlar, şiddətli baş ağrısı olanlar, tez-tez çimməkdən və ya sudan, tualetdən qorxan, yuxudan sıçrayaraq oyananlara Quran oxuyaraq, dualar edilərək müalicəsi aparılır.
Firuzə Alimova / A24.az

