Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

İtlərin toyuna görə Aşıqlar Birliyindən qovulan danışdı – VİDEO

06.03.2020 09:20

Xəbər verdiyimiz kimi, Goranbaydakı iş adamı Qalib Mustafayevin itlərinin toyundan iştirak edən balaban ifaçısı Haqverdi Əliyev Azərbaycan Aşıqlar Birliyindən çıxarılıb. 

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan balaban ifaçısı Haqverdi Əliyev toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduqlarını deyir. Amma toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alır.
Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.

İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyir.
Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyirlər.