Kimsə Zaxarovaya cavab verməyəcəkmi? – POLİTOLOQ ƏSƏBLƏŞDİ
06.03.2020 09:21“Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Azərbaycan saytlarından birində hansısa yazını əlində bayraq edərək bütün mediamızı təhqir edib”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan mediasını təhqir etməsi məsələsini münasibət bildirərkən deyib.
Politoloq bildirir ki, Zaxarovanın Azərbaycan mediasını təhqir etməsi ilə bağlı videonu izləyib:
“Mariya Zaxarova mediamızın ünvanına “qaba” ifadəsini 5-6 dəfə təkrarlayıb. Mariya Zaxarova nəinki bir neçə dəfə təhqirlərini təkrarlayıb, Azərbaycanı şantaj etməkdən də çəkinməyib”.
“Görünür, Zaxarovaya o toxunub ki, Azərbaycan mediası Rusiyanın iki vətəndaşına Moskvanın fərqli münasibətindən yazıb. Necə olur ki, Moskva Rusiya vətəndaşı olan Lapşinin azad olunması üçün dəridən qabıqdan çıxır, ancaq separatçıların əsarətində olan Dilqəm Əsgərovun azad olunması üçün heç nə etmir? Bu açıq-aşkar ikili standartlardır. Hazırcavab Zaxarovanın bu suala cavabı olmadığı üçün mediamızı təhqir edir”, – deyə E.Şahinoğlu əlavə edib.
Siyasi şərhçinin fikrincə, Mariya Zaxarovanın azərbaycanlı həmkarı Hikmət Hacıyev və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov reaksiya verməlidirlər:
“Azərbaycan mediasını ünvansız olaraq təhqir edirlər, “qaba” adlandırırlar, kimsə Zaxarovaya cavab verməyəcəkmi? Rusiya xarici işlər naziri Sergey Lavrova sual verən azərbaycanlı jurnalisti bizimkilər işdən çıxartdılar, indi də Lavrovun işçisinə sual verən bir başqa jurnalistimizin sualını ağzında qoyaraq təhqir etdilər. Bizi təhqir edənlər Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirərlərmi?”

