Körpə qız doğulmadığı üçün zibilliyə atdılar
06.03.2020 09:21Hindistanda bir ailə yeni doğulan körpələrini zibil qutusuna atıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, səhər saatlarında yoldan keçən Dheeraj Rathore adlı vətəndaş zibil qutusundan uşaq səsi gəldiyini eşidib.
Qutunun içinə baxıb və oradan torbaya bükülmüş körpə qız uşağı tapıb. Qarışqalar körpənin bədənini dişləyib və qızcığaz aclıqdan zəifləyib.
Rathore iki dostunun köməyi ilə uşağın bədənini təmizləyib. Qızcığaz xəstəxanaya aparılıb. Polis körpənin sırf oğlan doğulmadığı üçün tərk edildiyini ehtimal edir. Faktla bağlı araşdırma aparılır.

