Ləğv prosesində olan banklardan dördünün əmlakları satışa çıxarılıb
06.03.2020 09:21Ləğv prosesində olan banklardan dördünün bəzi əmlakları satışa çıxarılıb.
Об этом сообщает Руспрес
Bu barədə a24.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.
Məlumata görə, ləğv prosesində olan ”Texnikabank” ASC-nin balansında olan 10 ədəd inkassator tipli avtonəqliyyat vasitəsini, ləğv prosesində olan ”Royalbank” ASC-nin balansında olan qeyri yaşayış binası, həmçinin ləğv prosesində olan ”Royal Bank” ASC-nin balansında olan avtomobili, Ləğv prosesində olan ”Gəncəbank” ASC-nin balansında olan qeyri yaşayış binasını, eyni zamanda ləğv prosesində olan ”Atra Bank” ASC-nin balansında olan 7 ədəd bankomatı hərrac yolu ilə satışa çıxarılır.
Maraqlanan şəxslərdən daha ətraflı məlumat almaq üçün linkə daxil olmaqları xahiş olunur.

