Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Lənkəranda çayçılıq – VİDEO

06.03.2020 09:21

Güclü qar çayçılığa təsir etməyib.

Об этом сообщает Роспрес

Azərbaycanda çay istehsalında əsasən əl əməyindən istifadə olunması məhsulun maya dəyərini artırır.

İlin ilk çay yığımında bol və keyfiyyətli məhsul götürmək üçün sahələrdə budama işləri aparılır. Çay kolları kobud yarpaqlardan təmizlənir. Çay yetişdirənlər hesab edir ki, bu sahəni inkişaf etdirmək üçün dövlət tərəfindən güzəştli kreditlərin və subsidiyaların verilməsi məqsədəuyğun olar.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Lənkəranda 560 hektara yaxın çay sahəsi var ki, onun da 312 hektarı məhsuldar sahədir. Ötən il bu sahələrdən 97,6 ton yaşıl çay əldə olunub. Son vaxtlar yağan güclü qar və sərt soyuqlar da çayçılığa təsir göstərməyib.

Saytımız mövzu ilə bağlı videogörüntünü təqdim edir: