Madonnanın övladlığa götürdüyü əkizlərin digər ailə üzvləri ortaya çıxdı
06.03.2020 09:21Dünya ulduzu Madonnanın ötən gün Malavidən övladlığa götürdüyü 4 yaşlı əkiz bacıların digər ailə üzvləri mətbuata açıqlama veriblər.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, əkizlərin 15 yaşlı böyük bacısı Alinefe onlara görə çox xoşbəxt olduğunu qeyd edib: “Onlara görə çox şadam. Onlar yaxşı təhsilə malik olacaq və arzuladıqlarını yaşaya biləcəklər. Bacılarım onları sevən və istəyən biriylədirlər”.
Əkizlərin 13 yaşlı bacısı Tifa da yaşanan hala görə çox xoşbəxt olduğunu dilə gətirib: “Sadəcə 1 gün öncə Amerikada olduqlarını öyrəndik. Oranın hara olduğunu bilmirəm, amma onlar üçün çox şadıq. Onlara hər şeyin ən yaxşısını arzulayıram və arzu edirəm ki, onlar arzuladıqları kimi yaşasınlar”. Əkizlərin anası 36 yaşında vəfat edib və onun daha 5 övladı var. O, əri Adam ilə 15 yaşında olarkən tanış olub və ölümündən sonra qızlar atasının yeni ailəsi ilə yox nənələri ilə yaşayıblar. Nənələri öləndən sonra isə qızlar yetimxanaya yerləşdiriliblər.
Qeyd edək ki, Stella və Esther adlı əkizlər 58 yaşlı Madonna tərəfindən övladlığa götüreblər və hazırda onlar müğənninin Nyu-Yorkda yerləşən 32 milyonluq villasında yaşayırlar.

