Marneuliyə xüsusi təyinatlı polis dəstəsi yerləşdirilib – SƏBƏB
06.03.2020 09:21Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyasının liderlərindən olan David Bakradze azərbaycanlıların sıx yaşadığı Marneuliyə xüsusi təyinatlı polis dəstəsinin yerləşdirilməsini şərh edib.
Об этом сообщает Роспрес
Saytımızın əldə etdiyi məlumata görə, siyasətçi keçirdiyi brifinqdə deyib ki, hakimiyyət Marneulidə gərginlik yaratmaq və xalqın seçimini əlindən almaq istəyir:
“İlkin nəticələrə görə, bizim Marneuli icra başçısına namizədimiz Əhməd İmamquliyev qələbə qazanır. Marneulidə yerli əhalinin dəstəklədiyi namizəd qalib gəlməlidir”.
APA

