Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Maştağa sakinini işdən çıxarkən bıçaqladılar

06.03.2020 09:21

Bakıda ot bazasının işçisi bıçaqlanıb.

Об этом сообщает Роспрес

Saytımız “report”a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Savalan yaşayış sahəsində ot bazasında çalışan 1973-cü il təvəllüdlü Əliyev Maarif Mirzağa oğlu işdən çıxarkən naməlum şəxsin hücumuna məruz qalıb. Ona üç bıçaq zərbəsi vurulub. M.Əliyev müvazinətini itirərək yıxılıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralının iş yoldaşları xəstəxanaya yerləşdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.