Medianı silkələyən Trampın rus vəkillə şəkli ortaya çıxdı – Lavrov işə qarışdı
06.03.2020 09:21ABŞ prezidenti Donald Trampın oğlu Tramp Jr.-ın görüşdüyünü qəbul etdiyi rus vəkil Natalia Veselnitskayanın ABŞ prezidenti ilə ilə eyni masada oturduğunu göstərən şəkil gündəmə bomba kimi düşüb.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Rusiya bataqlığından çıxa bilmir. Oğlunun rus vəkillə görüşməsiylə başlayan zəlzələdən sonra sarsıdıcı fotolar da ortaya çıxıb. Şəkillərdə İngiltərədə dünyaya gələn azərbaycanlı müğənni Emin Ağalarov, ABŞ prezidenti Donald Tramp və rusiyalı vəkil Veselnitskaya yer alıb. Gündəmi silkələyən görüntülər, hələ rəsmi olaraq təsdiqini tapmayıb.
Donald Tramp Jr. dünən yayımladığı e-maillərlə Rusiya bağlantısını qəbul edib. Əvvəlcə görüşdüyünü inkar edən Trampın oğlu daha sonra Klinton haqqında məlumat aldığını “Aydındır ki, kompaniya zamanı rəqibi haqqında məlumat almaq üçün toplantı keçirən ilk şəxs mənəm. Toplantı bir nəticə vermədi, amma dinləmək məcburiyyətində idim”, deyə bildirib.
Tramp oğlunu müdafiə etdi…
Prezident Donald Tramp isə bu gün atdığı tvitter mesajlarında oğlunu müdafiə edib. Tramp “Oğlum Tramp dünən gecə möhtəşəm bir iş görüb. O, açıq, şəffaf və məsumdur. Bu siyasət tarixində ən böyük cadugər ovudur” deyə yazıb.
Rusiyadan reaksiya gəldi…
ABŞ-ı silkələyən qalmaqallı məlumatlar haqda bu gün Rusiya xarici işlər naziri Serqey Lavrovdan da soruşulub. Sözügedən mövzu haqda faktın göstərilməsini tələb edən Lavrov yayımlanan xəbərləri təəccüblə izlədiyini söyləyib: “Rusiyalı bir vəkilin Trampın oğlu ilə görüşdüyü üçün günahlandırıldığını öyrəndim və təəccüblə qarşıladım. Bu vəhşilikdir. İnsanın hər hansı bir vəkillə danışmasında niyə problem olmalıdır ki? Bu necə təzyiqdir? Mövzunu bilmirəm, mən də televizordan eşitdim, dünən axşam izlədim. Bu gün də televizoru açdım və baxdım ki, bütün qərb mediası bundan danışır”.
Firuzə Alimova / MTM

