Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Metroda hərəkət iflic oldu – İlginc SƏBƏB

06.03.2020 09:22

Bakıda metroda səhər saatlarında sıxlıq yaranıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın əldə etdiyi məlumata görə, metorunun Həzi Aslanov stansiyasına gedən hissəsində qatarın hərəkətində nasazlıq yaranıb. Həzi Aslanova gedən qatar tuneldə qaldığından həmin istiqamətdə gələn qatarlar Əhmədli və Neftçilər  stansiyalarından geri qayıtmağa məcbur olub.

Hazırda metrostansiyalarda sıxlığa düşən insanlar hər stansiyada problem yaşandığını bildirirlər. Hətta sərnişinlər arasında 20 dəqiqə tuneldəki qatarda qaldıqlarını da bildirənlər var.

Məsələ ilə bağlı Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Nəsimi Paşayev bildirdi ki, Həzi Aslanov stansiyadan daxil olan qatarda problem yaşanıb:

“Həzi Alsanov- İçərişəhər xətti üzrə hərəkət edən marşrutda problem var idi. Hazırda Həzi Aslanov xəttindəki gərginliyi aradan qaldırdıq, həmin qatarı köməkçi ilə Həzi Aslanovun dalanına göndərdik. Ona görə də qatarlarımız Əhmədli və Neftçilərdən geri qayıdırdı. O da təxminən 7-8 dəqiqə interval boşluğu yaratdı, sonra bərpa etdik. Təxminən 25 dəqiqədən sonra Həzi Aslanovda hərəkəti bərpa eləmişik”.