Milan klubu çinli səhmdarlara satıldı – 720 milyon avro
06.03.2020 09:22İtaliyanın “Milan” klubunun çinli səhmdarlara satışı rəsmən yekunlaşıb
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, bu barədə klubu idarə edən “Finninvest” şirkətinin rəsmi saytında bildirilir.
Silvio Berluskoni ailəsinə məxsus İtaliyanın holdinq şirkəti klubun səhmlərinin 99,9 faizini çinli səhmdarlara satıb. Anlaşmanın ümumi məbləği 740 milyon avro təşkil edib. Bura “qırmızı-qaralar”ın borcları da daxildir. “Milan”ın yeni rəhbərləri klubun Səhmdarlar Şurasının aprelin 14-də keçiriləcək iclasında seçiləcəklər.
Qeyd edək ki, “Finninvest” şirkəti “Milan”ı 1986-cı ildə alıb. Həmin vaxtdan klub 8 qat İtaliya çempionu, ölkə kubokunun sahibi, Superkubokun 6 qat sahibi, Avropa Çempionlar Kubokunun (Çempionlar Liqasının) və UEFA Super Kubokunun 5 qat qalibi olub, Qitələrarası Kuboku və klublararası dünya çempionluğunu qazanıb. Hazırda “Milan” İtaliya A Seriyasında 31 turdan sonra 6-cı pillədə qərarlaşıb.

