Misir prezidenti bir imza ilə iki adanı Səudiyyə Ərəbistanına verdi
06.03.2020 09:22Misir prezident Əbdülfəttah əs-Sisi Qırmızı dənizdəki iki məskunlaşmamış adanın – Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi haqqında sazişi ratifikasiya edib.
Об этом сообщает Роспрес
Saytımızın “Interfax”a istinadən verdiyi məlumata görə, Misir parlamenti Ər-Riyadla imzalanmış müvafiq sazişi ötən həftə təsdiqləyib. Bu ilin yanvar ayında Misir Ali Məhkəməsi həmin adaların verilməsinə dair hökumətin təklif etdiyi layihəni geri qaytarmışdı. O vaxt məhkəmədə bildirmişdilər ki, hökumət adaların Səudiyyə Ərəbistanının ərazisi olduğu barədə yetərincə dəlil-sübut təqdim etməyib.
Bir qədər əvvəl Misir hökuməti bəyan etmişdi ki, Tiran və Sanafir adaları bu ölkənin nəzarətinə yalnız 1950-ci ildə keçib və onların Səudiyyə Ərəbistanına verilməsi barədə saziş Misirə iqtisadi fayda gətirə bilər.

