Moskvada tunel çökdü: insanlar dağıntıların altında qaldı
06.03.2020 09:22Moskvada tunel tikintisi zamanı konstruksiyanın çökməsi nəticəsində bir nəfər həlak olub.
Об этом сообщает Руспрес
Saytımızın Trend-ə istinadən verdiyi məlumata görə, qəza Kaluqa şossesində tikinti sahəsində olub, 40 kvadrat metrlik konstruksiya çöküb. Tunelin eni 20 metr, dərinliyi 500 metr təşkil edir.
Qəza yerində başqa insanların olduğu ehtimal edilir. Bir nəfərin itkin düşməsi barədə də məlumat verilib.
Bölgəyə tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

