Mustafa Sandal Azərbaycanın təşəbbüsü ilə Moskvada konsert verdi – VİDEO
06.03.2020 09:22Türkiyənin məşhur pop ulduzu Mustafa Sandal Moskvada “Crocus City Hall”da səhnəyə çıxaraq heyranları ilə görüşüb.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, ifaçı 30 nəfərlik heyəti ilə 2 saat səhnədə canlı oxuyub.
Konsertdən əvvəl “İHA” agentliyinin müxbirinə açıqlama verən Mustafa Sandal bundan əvvəl də Moskvada səhnəyə çıxdığını və burdakı heyranlarını çox sevdiyini dilə gətirib.
Heyranları ifaçının konsertinə gəlmək üçün biletə ən az 1500 rubl (26 dollar) ilə 16 min rubl (300 dollar) arasında pul ödəyib.
Qeyd edək ki, Mustafa Sandalın Moskvadakı konserti “Azərbaycan Milli Mədəniyyət Mərkəzi – Milli Studiya”nın təşkilatçılığı ilə baş tutub.
Saytımız məşhur pop ulduzun konsertdən olan görüntülərini təqdim edir:
Firuzə Alimova / MTM

