Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Neçə saatdan artıq işlədilmək istismardır?

06.03.2020 09:23

Bu gün Azərbaycanda işləyən insanların əksəriyyəti Əmək Məcəlləsində nəzərdə tutulan iş prinsiplərindən və hüquqlarından xəbərsizdir. Çünki işə düzələn insanlar, xüsusən də özəl sektorda işləyənlər məlumatsız olduqları üçün bu hüquqlarını nə tələb edə bilir, nə də istismar olan zaman səslərini çıxara bilirlər.

Об этом сообщает Роспрес

Lakin son zamanlar aparılan marifləndirmə işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən sualların sayını çoxaldıb. Sualların cavabları əhatəli olduğu qədər, həm də Əmək Məcəlləsi ilə bağlı təfsilatları bilməyənləri çox təəccübləndirəcək. Odur ki, bizimlə birlikdə yazılanları oxuyun və müqayisə edin, görün,  siz hansı şərtlərlə işlədilirsiniz?

Saytımız nazirliyə verilən suallardan bir neçəsini təqdim edir:

– İşçi qanunla hər gün neçə saat işləməlidir?

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman – tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş  vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

– Mən təxminən iki həftədən sonra işdən çıxacağım barədə işəgötürəni ərizə ilə xəbərdar etmişəm. Lakin bir həftədən sonra işdən çıxmaq barədə fikrimdəm daşındım. Mən həmin ərizəni geri götürə bilərəmmi?

– Ölkəmizin əmək qanunvericiliyində bildirilir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun.

-Bir sıra hallarda əcnəbi işçilərə yerli işçilərlə müqayisədə daha artıq əmək haqqı verilir. Bu, düzgündürmü?

-Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 13.3-cü maddəsinə əsasən əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.

Davamı olacaq…

Firuzə Alimova…