“O səs Türkiyə”də azərbaycanlı qız üstündə dava – VİDEO
06.03.2020 09:23Gənc azərbaycanlı ifaçı Ayla Şiriyeva “O səs Türkiyə” vokal şousunun iştirakçısı olub.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, Ayla şouda Cessi Ceyin “Mamma Knows Best” kompozisiyasını səsləndirib.
Səsini və performansını bəyənən münsiflər heyətinin dörd üzvünün hamısı – Yıldız Tilbə, Hadisə, Gökhan və Murad Boz ona sarı dönərək Aylanı öz komandasında görməyi arzuladığını bildirib. Şiriyeva seçim etməkdə xeyli çətinlik çəkib. Jüri onun yaraşıqlı olduğu üçün Murad Bozu seçəcəyini iddia ediblər.
Ayla isə “bura gələrkən ürəyimdə birini seçmişdim, amma o, sanki məni istəmir” deyincə, münsiflər bir ağızdan, “yox, biz hamımız səni istəyirik” deyə etiraz ediblər. Ayla xeyli tərəddüddən sonra “Delikanlım” mahnısını ifa edərək Yıldız Tilbəni seçdiyini bildirib.

